作词 : Ülkər Nicatlı
作曲 : Ağasəlim Pünhanoğlu
Ruhum çiçək açır sənin avazından
Alır qucağına duyğular məni
Arzular uçuşur kəpənək kimi
Məhəbbət qoxuyur ömrün çəməni
Könlümü oxşayan nəğmələr kimi
Dola qollarını, boynuma dola, dola
Sənin ürəyindən keçən misranın
Mənim ürəyimdə qafiyəsi var
Sevgi qoxusuna bələnən ömrün
Başqa ahəngi var, başqa səsi var
Sənin ürəyindən keçən misranın
Mənim ürəyimdə qafiyəsi var
Sevgi qoxusuna bələnən ömrün
Başqa ahəngi var, başqa səsi var
Doğmalıq qoxuyan baxışlarınla
Dindir, sinəmdəki misranı dindir
Götür öz ovcuna kəpənək kimi
Bu həsrət qoxulu ürək sənindir
Bir əlində ümid, birində sevgi
Arzular boylanır sən gələn yola
Sənin ürəyindən keçən misranın
Mənim ürəyimdə qafiyəsi var
Sevgi qoxusuna bələnən ömrün
Başqa ahəngi var, başqa səsi var
Sənin ürəyindən keçən misranın
Mənim ürəyimdə qafiyəsi var
Sevgi qoxusuna bələnən ömrün
Başqa ahəngi var, başqa səsi var

热门推荐| 1 | |
|---|---|
| 2 | |
| 3 | |
| 4 | |
| 5 | |
| 6 | |
| 7 | |
| 8 | |
| 9 | |
| 10 |