作词 : Vüqar Əbdülov
作曲 : Ədalət Şükürov
Qapı bağlı qalıb
Bağlanıb eşqin qapısı üzümüzə
Hey dolur həsrət yağışı gözümüzə
Çəkdiyimiz ahdı əsən küləklər
Əsdi xəzan, soldu açan çiçəklər
Səadətə yoxdur inan zərrəcə
Həsrət ilə ömür edirik sadəcə
Bağlıdır eşqin qapısı üzümüzə
Axtarır məni külək
Yalvarır səni yağış
Axtarır coşqun ürək
Yalvarır barış, barış
Axtarır məni külək
Yalvarır səni yağış
Dostum deyir
Bir-birimizi sevməyidir şərtimiz
Nə biləkdik həsrət olar dərdimiz
Sanırdıq yaxındır vüsal qəmləri
Gözləmədən həsrəti dərd qəmlədi
Biz çox acı həsrəti ilə görüşdük
Amansız fələyin feilinə düşdük
Bağlıdır eşqin qapısı üzümüzə
Axtarır məni külək
Yalvarır səni yağış
Axtarır coşqun ürək
Yalvarır barış, barış
Axtarır məni külək
Yalvarır səni yağış
Qapı bağlı qalıb
Düşünmədik bir gün gələr ayrılıq
Bağrımızı deşər, gələr ayrılıq
Sevgi ilə aşır-daşır qəlbimiz
Vüsal arzusu ilə coşur qəlbimiz
Qalmayıbdı dözüm ayrılığımıza
Səbəb budur bizim ayrılığımıza
Bağlıdır eşqin qapısı üzümüzə
Axtarır məni külək
Yalvarır səni yağış
Axtarır coşqun ürək
Yalvarır barış, barış
Axtarır məni külək
Yalvarır səni yağış
Dostum deyirdi
Həyat fani, ömür qısa, eşq yalan
Əcəl amansızdır, verməyir aman
Əgər məhəbbətlə sevirsə ürək
Hicranı yaxın buraxmamaq gərək
Biz o qədər bivəfa insanlarıq
Acı həsrəti dadanda anlarıq
Bağlıdır eşqin qapısı üzümüzə
Axtarır məni külək
Yalvarır səni yağış
Axtarır coşqun ürək
Yalvarır barış, barış
Axtarır məni külək
Yalvarır səni yağış
Bu həm bizim ədalətin qapısıdır
Həm də nakam məhəbbətin qapısıdır
Çox aşiqlər bağlı qapı dalında
Kərəm odla Qeys Məcnun alında
İndi nə sən, nə Ədalət, nə mən Vüqar
Həsrətin qapısına çatmırıq açar
Bağlıdır eşqin qapısı üzümüzə
Axtarır məni külək
Yalvarır səni yağış
Axtarır coşqun ürək
Yalvarır barış, barış
Axtarır məni külək
Yalvarır səni yağış

热门推荐| 1 | |
|---|---|
| 2 | |
| 3 | |
| 4 | |
| 5 | |
| 6 | |
| 7 | |
| 8 | |
| 9 | |
| 10 |