Miri Yusif-Məktub (Remix)歌曲免费下载

《Miri Yusif-Məktub (Remix)》歌曲详情

作词 : Miryusif Mirbabayev

作曲 : Miryusif Mirbabayev

Yoxdur ömürdə böhtan, elə böhrandır

Yoxdur ömürdə son, hər şey doğulandır

Sənsizlə boş qalmışam

Səninlə yorulmuşam

Heç vaxt oyanmayan hal, o da oyandı

Məndən sonra sən qalsan, davam gözəldir

Gözlər yağışla dolsa, demək, özəldir

İllərin yorğunuyam

Sirlərin yorğanıyam

Bizim bu saf eşqimiz ölümdən əzəldir

Sözümə inan, balam, sözümə inan

Sözümdə nə quş var, nə də ki, ilan

Sözümə inan, balam

Sözümə inan

Sözümə inan, balam, sözümə inan

Qanadları yalvaran, dövranı viran

Sözümə inan, balam

Sözümə inan

İmanla sirdaşıyam, ömrüm tufandır

Gümanla həmyaşlıyam, gözüm dumandır

Kölgə ilə dostlaşmışam

Döngəyə qoşulmuşam

Tənhalıq sərhədində quyum zəhərdir

Hardasan, ay vərdişim, həyatım, hardasan?

Bu məktubu yolladım, küləklə duyasan

Yarpaqla bir solmuşam

Torpaqla bir olmuşam

Bizim bu son zəngimiz ölümdən əzəldir

Sözümə inan, balam, sözümə inan

Sözümdə nə quş var, nə də ki, ilan

Sözümə inan, balam

Sözümə inan

Sözümə inan, balam, sözümə inan

Qanadları yalvaran, dövranı viran

Sözümə inan, balam

Sözümə inan

下载地址:

此为隐藏内容,需人机验证后查看下载!